AZ

Papikyan müdafiə büdcəsinin azalması ilə bağlı ittihamlara cavab verib

BAKI, 25 oktyabr. TELEQRAF

Ermənistanın müdafiə naziri Suren Papikyan hökumətə qarşı müdafiə büdcəsini azaltmaq ittihamlarına cavab verib.

Teleqraf xəbər verir ki, Papikyan özünün "Telegram" kanalında 2018-2026-cı illər üçün müdafiə xərclərinin cədvəlini dərc edib ki, bu da 2026-cı ildə 2025-ci ilə nisbətən daha az xərcin planlaşdırıldığını göstərir.

"Büdcə 2023, 2024 və 2025-ci illərdə artdı ki, bu da planlaşdırılan xərclərimizi yaxınlaşdırdığımızı və onu sürətləndirdiyimizi göstərir. Bu, xüsusilə 2025 və 2026-cı illər arasındakı fərqdə özünü göstərir. Yəni, ölkəmizin üzləşdiyi çətinlikləri nəzərə alaraq, biz 2026-cı ildə planlaşdırılan silah xərclərini sürətləndirməyə qərar verdik. Məsələn, avansı ödəmək lazımdır və s. bu rəqəmlər bunu əks etdirir. Və bu gün bizi büdcənin azaldılmasına, ordunun buraxılmasına və ya buna bənzər bir şeyə görə tənqid etmək, yumşaq desək, ədalətsiz və biabırçılıqdır”, - Papikyan qeyd edib.

Xatırladaq ki, 2018-ci ildə Ermənistanın müdafiə sektoruna dövlət büdcəsinin xərcləri 245,173 milyard dram, 2019-cu ildə - 307,983 milyard dram, 2020-ci ildə - 308,862 milyard dram, 2021-ci ildə - 313,123 milyard dram təşkil edib. 2023-cü ildə - 519,523 milyard dram, 2024-cü ildə - 556,193 milyard dram, 2025-ci ildə - 667,052 milyard dram, 2026-cı ildə isə xərclər 567,513 milyard dram nəzərdə tutulub.

Seçilən
97
2
teleqraf.com

3Mənbələr