AZ

İrlandiyada yeni prezident SEÇİLDİ

Solçu müstəqil namizəd Ketrin Connolly İrlandiya prezident seçkilərində qələbə qazanıb.

Paralel.az xəbər verir ki , The Guardian məlumat yayıb.

Onun rəqibi Hizer Hampfis məğlubiyyətini etiraf edib.

İrlandiyada prezidentlik əsasən simvolik və mərasim xarakterli vəzifədir, lakin Connollinin qələbəsi mərkəz-sağ hökumət üçün nəzərəçarpan zərbə olub.

Keçmiş klinik psixoloq və hüquqşünas olan Connolly gəncləri podkastlar və sosial şəbəkələrdə yayılan viral paylaşımlar, o cümlədən top oyunları (keepy-uppy) ilə bağlı videolar vasitəsilə cəlb edib. Ona Kneecap və Mary Wallopers kimi musiqiçilər və sənətçilər dəstək veriblər.

Seçilən
12
4
paralel.az

5Mənbələr