ABŞ Prezidenti Donald Tramp Ağ Evin yeni bal zalına öz adını vermək niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə ABC televiziya kanalı yüksək səviyyəli administrasiya rəsmilərinə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, iqamətgahın Şərq qanadının yerində yeni qəbul sahəsinin tikilməsi planlaşdırılır.
Tramp dəfələrlə Ağ Evdə irimiqyaslı tədbirlər üçün yerin olmadığını qeyd edərək, tikinti sahəsində böyük təcrübəyə malik olduğunu əsas gətirib. Layihənin 300 milyon dollara başa gələcəyi təxmin edilir.
Rəsmilərin artıq “Prezident Donald Trampın Balo Salonu” qeyri-rəsmi adından istifadə etdiyi bildirilir. Telekanalın məlumatına görə, tikinti üçün 350 milyon dollar toplanıb, lakin administrasiya rəsmiləri artıq vəsaitin taleyini açıqlamır.