Unikal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Sumqayıt şəhərinin Xəzər bağları adlanan yaşayış massivində faciəvi hadisə baş verib. 1978-ci il təvəllüdlü İsayeva Hicran Eyyub qızı həyat yoldaşı tərəfindən döyülərək öldürülüb.
"Unikal" "Nocomment.az"a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, hadisə ailə münaqişəsi, daha dəqiqi — qısqanclıq zəminində baş verib.
Qadının aldığı xəsarətlər nəticəsində hadisə yerində vəfat etdiyi bildirilir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.