Azərbaycan Basketbol Liqasının 4-cü turunda “Sərhədçi” “Naxçıvan”a 76:69 hesabı ilə məğlub olub. 

Offsideplus.az xəbər verir ki, Naxçıvan təmsilçisinin baş məşqçisi Nikola Bozinoski qələbəni şərh edib:

"İlk olaraq “Sərhədçi” komandasını təbrik edirəm. Yaxşı mübarizə apardılar. İlk hissəni çox yaxşı başa vurduq. İkinci yarıya isə çox pis start verdik. Düşünürəm ki, buna hakim səhvləri çox təsir etdi. Amma daha sonra öz oyunumuza qayıda bildik. Ümumilikdə üçüncü periodu heç də yaxşı keçirmədik və yalnız bu periodda geriyə düşdük. Oyun zamanı yaxşı xarakter göstərdik. Yekunda qələbə qazanmağı bacardıq. Komandamdan çox razıyam".

"Sərhədçi"nin baş məşqçisi Anar Sarıyev məğlubiyyət barədə bu sözləri deyib: “İlk yarını çox pis oynadıq. Demək olar ki, birinci hissədə etdiyimiz səhvlərin ucbatından 3-cü və 4-cü periodda da toparlana bilmədik. Hələ də komandaya inanıram. Düşünürəm ki, növbəti matçlarda daha yaxşı oynayacağıq, özümüzü göstərəcəyik. Bu komanda idman növüdür və biz elə etməliyik ki, 12 oyunçunun hamısı hər zaman hazır olsun. Hər kəs maksimum dərəcədə komandaya töhfə verməlidir. Gələn oyunlarda daha da yaxşı olacağıq”.