AZ

Çin avtomobili alman markası adı altında satılacaq?

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Leapmotor B10” elektromobili tezliklə “Opel” adı altında satılacaq. 

Avtosfer.az xəbər verir ki, bu barədə Belçikanın avtomobil saytları “Stellantis” Qrupundakı mənbəyə istinadla məlumat yayıb. 

Əslində bir markanın başqa adla satılması avtomobil sənayesində ilk hal deyil. Elə “Opel”in də daxil olduğu “Stellantis” qrupunda modellər belə demək mümkünsə bir-birinə qarışıb. 

Lakin, B10 alman markası adı altında satılan iolk Çin avtomobili olacaq. Maşının Avropada təxminən 30 min avroya satılması gözlənilir ki, bu da qitənin əhalisi üçün əlçatandır. 

B10 parametrlərinə görə “Opel”in “Frontera” və “Grandland” modelləri arasında yer alır. 

“Stellantis” məsələ ilə bağlı rəsmi məlumat yaymayıb.

Vüqar

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
87
avtosfer.az

1Mənbələr