AZ

Oktyabrın 27 də saat 10:00 dan... XƏBƏRDARLIQ

Bakupost saytına istinadən ain.az xəbər verir.

Bakının Suraxanı rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə Bakupost.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindğn məlumat verilib.

Bildirilib ki, Suraxanı rayonunda orta təzyiqli qaz xəttindən ayrılan, istismarda olmayan borunun ləğv olunması və aşkar olunmuş sızmanın aradan qaldırılması ilə əlaqədar oktyabrın 27-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Hövsan kəndinin, M.Əliyev və Zeytun küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
5
www.bakupost.az

10Mənbələr