AZ

Hərbçilərimiz Türkiyədə hərbi təlimlərə qatıldı

Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Saros körfəzində keçirilən beynəlxalq təlimdə iştirak edir. Təlimin məqsədi iştirakçı bölmələr və komandanlıqların mina müharibəsinin planlaşdırılması, icrası və qiymətləndirilməsi sahəsində bilik və bacarıqlarını artırmaq, eləcə də Türkiyə Hərbi Dəniz Qüvvələri ilə dost və müttəfiq ölkələrin dəniz qüvvələri arasında qarşılıqlı əməkdaşlıq və birgə fəaliyyət qabiliyyətini inkişaf etdirməkdir.

Qeyd edək ki, beynəlxalq təlimdə Azərbaycanla yanaşı, ABŞ, BƏƏ, Bəhreyn, Bolqarıstan, Cənubi Afrika, İndoneziya, Keniya, Koreya Respublikası, Küveyt, Malayziya, Mərakeş, Misir, Niderland, Oman, Pakistan, Peru, Səudiyyə Ərəbistanı, Sinqapur və Şri-Lankadan ümumilikdə 44 nəfər iştirak edir.

Seçilən
7
32
Ajans.az

10Mənbələr