AZ

Kamala Harris yenidən vəzifəyə gələcəyini deyib KONKRET

ain.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harris 2028-ci ildə Ağ Evdəki yüksək vəzifəyə yenidən namizəd ola biləcəyini bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

” ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harris BBC-yə deyib ki, o, yenidən ABŞ prezidentliyinə namizəd ola bilər”, – məlumatda deyilir.

Kamala Harris keçən il Donald Trampa uduzduqdan sonra 2028-ci il seçkilərində iştirak etməyi planlaşdırdığına eyham vurub. Harris ABŞ-nin ilk qadın prezidenti ola bilərmi sualına “Bəlkə də” cavabını verib. O, hələ son qərarını verməsə də, yenidən namizədliyini irəli sürmək fikrində olduğunu təsdiqləyib.

“Hələ işimi bitirməmişəm. Bütün karyeram xidmətlə bağlı olub. Bu, mənim qanımda var”, – Harris deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
44
6
konkret.az

7Mənbələr