AZ

Kürdəmirdə "07" traktora çırpılıb, ölənlər və xəsarət alanlar var - ADLAR

Kürdəmirdə minik avtomobili traktorla toqquşub, ölənlər var. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Mollakənd kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, həmin yolda hərəkətdə olan "VAZ 2107" markalı avtomobil traktora çırpılıb. Nəticədə, ilkin məlumata görə, iki nəfər həyatını itirib. Daha üç nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə yerinə hüquq-mühafizə orqanı, eləcə də Fövqəladə Hallar Nazirliyinin qəza xilasetmə dəstəsinin əməkdaşları cəlb olunub. Avtomobildə sıxılı vəziyyətdə qalan sürücü və sərnişinlərin çıxarılması işləri həyata keçirilir. Faktla bağlı araşdırma aparılır.

***

Kürdəmirdə ağır yol qəzasında ölənlərin və yaralıların kimliyi məlum olub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, "VAZ 2107" markalı avtomobilin traktora çırpılması nəticəsində bir ailənin üç üzvü - Səmiyə Hüseynova, sürücü İlkin Hüseynov, Yusif Hüseynov, ölənlər isə Vüsalə Hüseynova və oğlu Uğur Hüseynovdur.

Seçilən
33
2
avtosfer.az

10Mənbələr