Sumqayıt sakininin meyiti yaşadığı mənzildə aşkarlanıb.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir, hadisə şəhərin 4-cü mikrorayon ərazisində baş verib.
Məlumata görə, 1963-cü il təvəllüdlü Hüseynov Rövşən İsrafil oğlunun meyiti ölümündən 5 gün sonra – bu gün hamam otağında aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"