Bakı. Trend:
ABŞ-nin Şimali Karolina ştatında əyləncə tədbirində baş verənkütləvi atışma nəticəsində iki nəfər ölüb.
Trend xəbər verir ki, hadisəzamanı xəsarət alan daha yeddi nəfərin vəziyyəti ağırdır.
Robson əyalət şerifinin yaydığı məlumatına görə, Makstonşəhərinin yaxınlığında baş verən insidentdə ümumilikdə 13 nəfərgüllələnib. Bildirilir ki, hüquq-mühafizə orqanları gələnə qədər150-dən çox insan atışma yerindən qaçıb. Hadisəni törətməkdətəqsirli bilinən şəxslər hələlik müəyyən olunmayıb.
