AZ

Masallıda həkim doğuş zamanı əlcəkdən istifadə etməyib?VİDEO

Xezerxeber.az-ın xəbərinə görə, Masallı rayonu, Rüdəkənar kənd sakini Elçin Ağayev Masallı rayon Mərkəzi xəstəxanasının doğum şöbəsində yeni doğulan uşağına infeksiya düşdüyünü və bədənində qıcolmaların yarandığını bildirir.

O, iddia edir ki, buna səbəb doğum şöbəsinin antisanitariya vəziyyətdə olmasıdır.

Məsələ ilə bağlı ata doğum şöbəsinin baş həkimi Təhminə xanıma müraciət etmək istəyib. İddia edir ki, bu zaman onların arasında anlaşılmazlıq yaranıb.

İddialarla bağlı “TƏBİB”-dən heç bir açıqlama verilmədi. Xəstəxanadan isə yalnız uşağın vəziyyətinin hazırda necə olduğu haqda məlumat ala bildik.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
69
xezerxeber.az

1Mənbələr