AZ

Merzin Almaniyada miqrasiya ilə bağlı açıqlaması mitinqə səbəb olub...

Sia Az saytına istinadən ain.az xəbər verir.

...Cümə günü Bielefelddə etiraz aksiyası keçirildi. Bu etiraz aksiyasına əsasən Sosial Demokratlar və digər mötədillər qatıldı.

Həftəsonu digər şəhərlərdə də etirazların keçirilməsi gözlənilir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, oktyabrın 24-də Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətindəki Bielefeld şəhərində təxminən 4000 nəfərin qatıldığı mitinq keçirilib.

Bu, Almaniya kansleri Fridrix Merzin ölkədə miqrasiya ilə bağlı verdiyi açıqlamadan qaynaqlanıb.

Potsdamda keçirilən mətbuat konfransında Merz miqrasiya probleminin "şəhərlərin simasında" davam etdiyini bildirib. Cavabını izah edərək, insanlara bu məsələni qızlarına ünvanlamağı məsləhət görüb.

Etirazçıların şüarlarından biri “Biz şəhərin simasıyıq!” olub. Bielefeld Sağçılara Qarşı Alyans etirazçıları bu şüarla küçələrə çıxardı.

Bundestaqdakı Sosial Demokrat Partiyasının (SDP) sədri Vibke Esdar da nümayişdə iştirak edib.

Oxşar mitinqlərin şənbə və bazar günləri Almaniyanın digər şəhərlərində də keçirilməsi planlaşdırılır.

Əli Babayev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
1
sia.az

2Mənbələr