AZ

Fyodor Yemelyanenko Mirko KroKopa döyüşmək təklifi edib

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

Əfsanəvi rusiyalı keçmiş “Pride FC” çempionu Fyodor Yemelyanenko keçmiş rəqibi və UFC döyüşçüsü, xorvatiyalı Mirko KroKopa 2026-cı ilin yazında Serbiyada revanş döyüşü təklifi ilə müraciət edib.

İdman.Biz bu barədə “Arena Sport TV”yə istinadən bildirir.

“Əziz Mirko, sən və mən 20 il əvvəl azarkeşlərimizin bu gün də xatırladığı gözəl bir hekayə yazdıq. Gəlin Serbiyada oxşar və daha da yaxşı bir şey edək.

Serbiya mənim ən sevdiyim ölkədir. Əlbəttə ki, vətənim Rusiyadan sonra. Mirkonun və mənim çoxlu fanatlarımız var. Buna görə də Mirkonu Serbiyada döyüşməyə dəvət edirəm. Əgər hər şey yaxşı gedərsə, döyüş aprelin sonu və ya mayın əvvəlində keçiriləcək”, - Yemelyanenko deyib.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
1
icma.az

2Mənbələr