AZ

İran Qəzza sammitini ələ saldı: Şou və alçaldıcı tamaşadır

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bəyan edib ki, Tehran Şarm əl-Şeyxdə Qəzza məsələsinə həsr olunan sammitdə iştirakdan imtina etməklə tamamilə düzgün qərar verib.

Globalinfo.az xəbər verir ki, Laricaninin sözlərinə görə, sammit Trampın şousuna və alçaldıcı tamaşaya çevrilib:

“Toplantı dörd saat gec başladı, Tramp tək çıxış etdi, liderlər alçaldıldı və nə dialoq, nə də nəticə əldə etmək üçün şərait yaradıldı,” — deyə o bildirib.

Xatırladaq ki, 13 oktyabrda Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammitinə 31 ölkənin dövlət başçıları qatılıb. Rəsmi təşkilatçı Misir olsa da, tədbir ABŞ prezidenti Donald Trampın diplomatik təşəbbüsləri nəticəsində reallaşıb.

Vaşinqton Qəzza sektorunda atəşkəs razılaşmasının əldə edilməsində əsas vasitəçi rolunu oynayıb. Bu prosesdə ABŞ-ın əsas tərəfdaşları Türkiyə, Misir və Qətər olub.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
globalinfo.az

1Mənbələr