AZ

Kürdəmirdə ağır yol qəzası baş verib, 2 nəfər ölüb

Kürdəmirdə ağır yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Kürdəmir- Zərdab avtomobil yolunun rayonun Mollakənd kəndindən keçən hissəsində baş verib.

N.Əbilovun idarə etdiyi traktorla İ.Hüseynovun idarə etdiyi “VAZ” markalı minik avtomobili toqquşub.

Nəticədə Uğur Rəşad oğlu Hüseynov və anası, Vüsalə Rəfail qızı Hüseynova ölüb.

Səmiyə Əbülfət qızı Hüseynova, İlkin Əli oğlu Hüseynov və Yusif Rəşad oğlu Hüseynov isə ağır xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Polis əməkdaşları hadisə yerində araşdırma aparır.

Fakt araşdırılır.

Seçilən
47
17
olke.az

10Mənbələr