AZ

Azərbaycan Jurnalistlər Birliyinin Masallı təşkilatına yeni sədr seçilib

ain.az bildirir, Azpost saytına əsaslanaraq.

Azərbaycan Jurnalistlər Birliyinin (AJB) Masallı rayon təşkilatına yeni sədr seçilib.

AzPost bildirir ki, bu barədə qərar yığıncağında iclasında qəbul olunub.

AJB üzvlərindən veteran jurnalist Həsənağa Əliyev, yazıçı-publisist Ələşrəf Niftiyev, Əməkdar jurnalist Zakir Abbas, “Qanun” nəşriyyatının əməkdaşı Əyyar Tahirov, “Yeni həyat” qəzetinin baş redaktoru Əlihüseyn Şükürov, şair Rafiq Məmməd və digərləri istər bölgədə, istərsə də ölkə mətbuatında peşəkar jurnalist və yazar kimi tanınan, AJB-nin fəal üzvü, “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayevin təşkilata sədr seçilməsini dəstəkləyiblər.

Təşkilatın yeni sədri Akif Ağayev Birliyin qarşısında duran vəzifələrə dair geniş məruzə ilə çıxış edib. O, bölgə mediasının inkişafı, ictimai rəyin formalaşdırılması, eləcə də ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrə jurnalistlərin operativ və obyektiv yanaşmasının zəruriliyindən danışıb. Eyni zamanda, jurnalistin peşə etikası və sosial məsuliyyəti prinsiplərinin qorunmasının vacibliyini vurğulayıb.

Tədbir izamanı jurnalistlərin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
2
azpost.info

3Mənbələr