BAKI, 25 oktyabr. TELEQRAF
Almanların kansler Fridrix Mersin rəhbərlik etdiyi Almaniya hökumətinin fəaliyyətindən narazılığı rekord həddə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə “Bild” qəzeti INSA sosiologiya institutunun keçirdiyi sorğuya istinadən yazıb.
Sorğunun nəticələrinə görə, respondentlərin 66%-i Merz kabinetinin fəaliyyətindən narazıdır. Bu, oktyabrın 10-da keçirilmiş analoji sorğunun nəticələrindən üç faiz bənd çoxdur. Yalnız 25 faiz hökumətin fəaliyyətindən razı qaldığını, 9 faiz isə əmin olmadığını bildirib. Kanslerin özünə inam da azalır. Yalnız 26% onun performansından razıdır, 62% isə razı olmadığını bildirir. 12% isə cavab verə bilməyib.
Sorğuya əsasən, almanların demək olar ki, yarısı (49%) hakim koalisiyanın 2029-cu ildə mövcud qanunvericilik müddəti başa çatana qədər dağılacağına inanır. Yalnız 32% bunun baş verməyəcəyinə inanır. Sorğuda iştirak edənlərin 19%-i isə buna əmin deyil.
Qeyd edək ki, sorğu oktyabrın 23-24-də keçirilib və 1003 respondent iştirak edib.