Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bruno Fernandeş “Mançester Yunayted”də yubiley oyununu keçirib.
Portuqaliyalı futbolçu Premyer Liqanın 9-cu turunda “Brayton”a qarşı 4-2 hesablı qələbə ilə bitmiş oyunda start heyətində meydana çıxıb.
Bu oyun Brunonun “Mançester Yunayted”də 300-cü oyunu olub. Yarımmüdafiəçi kluba 2020-ci ilin qışında “Sportinq”dən keçib.
“Mankunianlılar”la Bruno İngiltərə kubokunu və İngiltərə Liqa kubokunu qazanıb.
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.