Serbiyanın Novi Sad şəhərində U23 dünya çempionatı davam edir. Yarışın 6-cı günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bu gün 18 yaşı tamam olan Günay Qurbanova (59 kq) millini medalsız qoymayıb. Perpsektivli güləşçimiz italiyalı Aurora Russoya “tuş”la qalib gələrək dünya üçüncüsü olub.