Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, tarixi Qələbəmizə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasına sevinə bilməyənlərin xalqımızın gözündə heç bir qəpiklik də dəyəri yoxdur. Onlar nə tarixi Zəfərimizi, nə dövlətimizin gücünü, nə də həyata keçirilən uğurlu siyasəti həzm edə bilmirlər. Bu səbəbdəndir ki, Azərbaycanın şərtlərinin qəbul olunduğu sülh müqaviləsinə, Zəngəzur dəhlizinə qarşı çıxırlar. Ümumiyyətlə, ölkəmizin maraqlarına nə uyğundursa, mütləq şəkildə ona qarşı çıxırlar. Bu üzdəniraqlar o qədər marginallaşıb, zombiləşiblər ki, elementar tənqidə belə dözüm göstərə bilmirlər. Sosial media platformasında onların ünvanına adi tənqid səslənən kimi iç üzlərini, əsl riyakar simalarını ortaya qoyurlar. Bəs, harada qaldı söz, fikir azadlığı, tənqidə dözümlülük? Tənqidə dözümlülük göstərə bilmirlər, çünki fəaliyyətlərinin əsasında pozuculuq və avantüra dayanır.
Vüqar Rəhimzadə vurğulayıb ki, istər ölkə daxilində, istərsə də müxtəlif ölkələrdə mühacir adı ilə məskunlaşan anti-milli ünsürlərin sosial media platformaları üzərində həyata keçirdikləri yalan, böhtan kampaniyasının tezisləri onların eyni mərkəzdən və ya mərkəzlərdən idarə olunduqlarını təsdiq edir. Erməni lobbisi və Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən dairələrin pərdə arxasından idarə etdikləri bu qaragüruhçuların bütün fəaliyyətləri ölkəmizin maraqlarına qarşı yönəlib. Müstəqil siyasət həyata keçirərək, beynəlxalq münasibətlər sistemində nüfuzu, qlobal proseslərə təsir imkanları artan güclü, qüdrətli Azərbaycan həmin dairələrin maraqlarına uyğun deyil. Ona görə də öz çirkin niyyətlərini reallaşdırmaq üçün məlum antimilli ünsürlərdən istifadə edirlər. Amma ölkəmizə qarşı həyata keçirilən bu anti-milli fəaliyyət heç bir halda uğur qazana bilməz. Çünki bu ünsürlərin təbliğat kampaniyaları yalan, böhtan, qarayaxma üzərində qurulub. Güclü, qüdrətli Azərbaycana qarşı yönələn istənilən məkrli plan iflasa məhkumdur. Çünki ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi, xalqa arxalanan Lider dövlətçiliyi qorumağa qadirdir. Ulu Öndərin və Onun layiqli davamçısı Prezident İlham Əliyevin yenilməz siyasi iradəsi nəticəsində indiyədək dövlətimizə və dövlətçiliyimizə qarşı yönələn bütün xəyanətkar planlar ifşa edilmiş və dövlət çevrilişlərinə cəhdlərin qarşısı qətiyyətlə alınmışdır və şübhəsiz ki, bundan sonra da alınacaqdır.
8Mənbələr
-
ucnoqta.azVüqar Rəhimzadə Ramiz Mehdiyevi kiçiltdi ( 22855309)
-
yenisabah.azVüqar Rəhimzadə Ramiz Mehdiyevi kiçiltdi - YAP-çı deputatdan hərfi qisas ( 22854496)
-
www.bakupost.azVüqar Rəhimzadə Ramiz Mehdiyevi kiçiltdi ( 22850176)
-
demokrat.azVüqar Rəhimzadə: Güclü, qüdrətli Azərbaycana qarşı yönələn istənilən məkrli plan iflasa məhkumdur ( 22782787)
-
baki-xeber.com"Güclü, qüdrətli Azərbaycana qarşı yönələn istənilən məkrli plan iflasa məhkumdur" - Vüqar Rəhimzadə ( 22780930)
-
icma.azVüqar Rəhimzadə: Güclü, qüdrətli Azərbaycana qarşı yönələn istənilən məkrli plan iflasa məhkumdur ( 22780909)
-
olaylar.azVüqar Rəhimzadə: Güclü, qüdrətli Azərbaycana qarşı yönələn istənilən məkrli plan iflasa məhkumdur ( 22777093)
-
ikisahil.azVüqar Rəhimzadə: Güclü, qüdrətli Azərbaycana qarşı yönələn istənilən məkrli plan iflasa məhkumdur ( 22774948)