AZ

Ronaldu 950 qol vuran ilk futbolçu oldu

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Kriştianu Ronaldu 950 qol vuran ilk futbolçu olub.

Publika.az xəbər verir ki, portuqaliyalı hücumçu Səudiyyə Ərəbistanı çempionatının altıncı turunda səfərdə "Əl-Həzm"ə qarşı keçirilən oyunda fərqlənib.

Onun vurduğu qoldan sonra hesab "Əl-Nəsr"in xeyrinə 2:0 olub.

Ronaldudan sonra Argentina millisinin və ABŞ-nin "İnter Mayami" klubunun hücumçusu Lionel Messi gəlir - onun hesabında 891 qol var.

Seçilən
68
2
publika.az

10Mənbələr