AZ

Azərbaycan süd və qaymaq idxalını artırıb

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 12 min 179 ton südvə qaymaq idxal edib.

Trend DövlətGömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə süd vəqaymağın dəyəri 21 milyon 467 min ABŞ dollar təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1753 ton (16,8 %), dəyər baxımından isə 4 milyon 137 min ABŞ dolları(23,9 %) çoxdur.

Hesabat dövründə süd və qaymaq idxalına çəkilən xərcAzərbaycanın ümumi idxal xərclərinin 0,1 %-ni təşkil edib.

Seçilən
31
5
az.trend.az

6Mənbələr