AZ

“Liverpul”da hamını arxada qoydu

Sentyabr ayı üçün “Liverpul”un ən yaxşı oyunçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu ada Federiko Kyeza layiq görülüb. İngiltərə klubunun məlumatına görə, italiyalı futbolçu azarkeşlər arasında keçirilən səsvermədə 34 faiz səs toplayaraq birinci yeri tutub. Kyeza sentyabr ayında 3 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Sorğuda qapıçı Alisson və yarımmüdafiəçi Rayan Qravenberx hərəyə 18 faiz səs toplayaraq 2-3-cü yerləri bölüşüblər.

Seçilən
14
1
football-plus.az

4Mənbələr