Bakı. Trend:
Beynəlxalq reytinq agentliyi “Moody’s” Fransa üçün gözlənilənqərarını açıqlayıb. Agentlik ölkənin kredit reytinqini dəyişmədənsaxlayıb, lakin proqnozunu “sabit”dən “mənfi”yə endirib. QərarFransa hökumətinə hələlik bir qədər rahat nəfəs almaq imkanı versədə, ciddi bir xəbərdarlıq xarakteri daşıyır.
Trend xəbər verir ki,“Moody’s”in qərarı, “Fitch” və “Standard & Poor’s” (S&P) kimidigər beynəlxalq reytinq agentliklərinin son aylarda Fransareytinqini endirməsindən sonra diqqətlə izlənilirdi. Bir çoxanalitik “Moody’s”dən də oxşar addım gözləyirdi, lakin agentlikölkənin reytinqini AA3 (yaxşı keyfiyyətli borc kateqoriyası)səviyyəsində saxlayıb. Bununla belə, proqnozun “mənfi”yəendirilməsi ölkənin maliyyə və siyasi sabitliyinə dair artanrisklərin göstəricisidir.
Fitch (12 sentyabr) və S&P (ötən həftə) artıq Fransareytinqini A+ səviyyəsinə, yəni “orta-yüksək keyfiyyətli borc”kateqoriyasına endirib.
“Moody’s” qərarını əsaslandıraraq bildirib ki, bu dəyişiklikFransada idarəetmə və institusional sabitliyin zəifləməsi ilə bağlıartan riskləri əks etdirir. Agentlik Fransa siyasi sistemindədavamlı parçalanma təhlükəsinin mövcud olduğunu qeyd edir. “Əgərhökumət iqtisadi problemləri effektiv şəkildə tənzimləyən qanunlarqəbul edə bilməzsə, bu, ölkənin institusional dayanıqlığınızəiflədəcək”, - deyə “Moody’s” xəbərdarlıq edib.
Agentlik həmçinin bildirir ki, xərcləri azaltmaq və gəlirləriartırmaq üçün effektiv tədbirlər görülmədiyi təqdirdə, büdcə kəsirigözləniləndən daha geniş və davamlı ola bilər.
Fransanın iqtisadiyyat, maliyyə və sənaye suverenliyi naziriRoland Lekür “Moody’s”in qərarını nəzərə aldıqlarını bildirib vəbüdcə kompromisi üçün kollektiv yol tapmağın vacibliyinivurğulayıb.
Nazir əlavə edib ki, hökumət 2025-ci il üçün ÜDM-in 5,4 faizisəviyyəsində nəzərdə tutulan büdcə kəsiri hədəfinə sadiq qalır və2029-cu ilə qədər bu göstəricini 3 faizdən aşağı salmaqniyyətindədir. Bununla yanaşı, hökumət iqtisadi artımı qorumağa daqərarlıdır.
“Moody’s”in qərarı Fransa üçün hələlik reytinqin endirilməsininqarşısını alsa da, “mənfi” proqnoz büdcə intizamı, siyasi sabitlikvə islahatların davam etdirilməsi baxımından ciddixəbərdarlıqdır.
Analitiklər bildirirlər ki, növbəti aylarda Fransa parlamentindəaparılacaq büdcə müzakirələri və islahatların tempi ölkənin gələcəkreytinqinə birbaşa təsir göstərəcək.
