AZ

Gürcüstan son 9 ayda Azərbaycandan 66 milyon dollar məbləğində neft məhsulları idxal edib

Bakı. Trend:

Gürcüstan cari ilin yanvar-sentyabr ayları ərzində 972 milyondollar dəyərində 1,3 milyon ton neft məhsulu idxal edib. Bunun 95,2min tonunu (66 milyon dollar) Azərbaycandan alıb.

Trend xəbər verir ki, bubarədə ölkənin Milli Statistika İdarəsindən bildirilib. Qeyd olunubki, ümumi idxalın dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 1 faizazalıb, həcmi isə 10 faiz artıb. Artımın əsas səbəbi qlobal bazardayanacaq qiymətlərinin ilin birinci yarısında əhəmiyyətli dərəcədəucuzlaşması olub.

Gürcüstan üçün əsas tədarükçü ölkə bu il də Rusiyadır. Buölkədən 387 milyon dollar dəyərində, 554,6 min ton yanacaq idxalolunub. Lakin Rusiyadan gətirilən yanacağın dəyəri ötən illəmüqayisədə 3,4 faiz azalıb.

İkinci yerdə Rumıniya qərarlaşıb. Gürcüstan bu ölkədən 183milyon dollar dəyərində, 242,4 min ton yanacaq alıb ki, bu da 68faiz artım deməkdir. Bolqarıstandan idxal 13 faiz, Türkiyədən 27faiz artıb.

Azərbaycandan gətirilən yanacağın həcmi isə 13 faiz azalıb.

Seçilən
32
8
az.trend.az

10Mənbələr