“Barselona”nın gənc hücumçusu Lamin Yamal “El-Klasiko” öncəsi “Real” haqda qalmaqallı açıqlama verib.
Paralel.az xəbər verir ki ondan “Real”ın İspaniyada keçirilən media-turnirdə yarışan “Porsinos” komandasına bənzəyib-bənzəmədiyi soruşulub.
Buna cavabında Yamal gülümsəyərək cavab verib: “Bəli, əlbəttə. Onlar fırıldaq edir və şikayətlənirlər”.
Daha sonra ona “Real doğrudanmı fırıldaq edir?” sualı ünvanlanıb. Hücumçu gülərək qısa cavab verib: “Görəcəyik”.
“Real”ının baş məşqçisi Xabi Alonso Lamin Yamalın sözlərinə cavab verib.
Alonso məsələni şərh edərkən sakit mövqe nümayiş etdirib:
“Mən detallara varmaq istəmirəm. “Barselona”da çox açıqlamalar verilir və hamısını qiymətləndirmək mənim işim deyil. Ən vacibi meydanda baş verənlərdir”.
Qeyd edək ki, “Barselona” və “Real Madrid” La Liqanın 10-cu turunda qarşılaşacaq. Görüş oktyabrın 26-da keçiriləcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta