Demokrat.az xəbər verir ki, açıqlamada Ana Vətən Partiyasının mətbuat xidmətinin mövcud olmadığı bildirilib.
“Bir zamanlar mövcud olan partiyanın mətbuat xidmətinə aid səhifə məlum şəxslər tərəfindən ələ keçirilib, orada saxta məlumatlar paylaşılmaqla üzvlərimizi və cəmiyyəti yalnış istiqamətləndirməyə yönəlmiş məlumatlar paylaşılmıb. Hər kəsdən diqqətli olmağa, sədrimiz Fəzail Ağamalının və Ana Vətən Partiyasının rəsmi səhifəsinin paylaşdıqlarından kənar dezinformasiyalara inanmamağa çağırırıq.
Yaranmış mövcud vəziyyətlə bağlı yaxın günlərdə həmin şəxs və ya şəxslər barəsində hüquqi müstəvidə ölçü götürüləcək”, - partiya bəyan edib.
Qeyd edək ki, dünən Fəzail Ağamalının sədri olduğu Ana Vətən Partiyasının qurultayında qalmaqal yaşanıb. Yeni sədr postuna kimin gətirilməsi məsələsində Fəzail Ağamalının övladları arasında fikir ayrılığı yaranıb.
F. Ağamalı partiyaya rəhbərliyi deputat qızı Günay Ağamalıya həvalə etmək istəyib. Lakin partiya üzvlərinin bir qismi onun oğlu Elçin Ağamalının namizədliyini dəstəkləyib. Qurultayda F. Ağamalı ilə oğlu arasında gərginlik yaşanıb. Mühafizəçilərin müdaxiləsi nəticəsində ata-oğul bir-birindən uzaqlaşdırılıb. F. Ağamalı istefa vermədiyini mətbuata açıqlasa da, onun qurultay üzvləri ilə vidalaşdığı görüntülərdə öz əksini tapıb. Hadisədən sonra Günay Ağamalı da bəyanat yayaraq, atasının istefa vermədiyini bildirib və məlumatların əsassız olduğunu vurğulayıb.
9Mənbələr
-
cebheinfo.azQurultaydan sonra Ana Vətən Partiyasında oğurluq olub - BƏYANAT ( 22790317)
-
editor.azHəmin qalmaqalla bağlı AVP-dən açıqlama ( 22789285)
-
olaylar.azHəmin qalmaqalla bağlı AVP-dən açıqlama ( 22788220)
-
milli.azHəmin qalmaqalla bağlı AVP-dən açıqlama ( 22788133)
-
ikisahil.azHəmin qalmaqal fonunda AVP-dən AÇIQLAMA ( 22786498)
-
demokrat.azDünənki qalmaqal fonunda AVP-dən AÇIQLAMA ( 22785820)
-
redaktor.azDünənki qalmaqal fonunda AVP-nin partiyaya məxsus Mətbuat Xidməti səhifəsi OĞURLANDI ( 22785691)
-
redaktor.azDünənki qalmaqal fonunda AVP-dən açıqlama - "Ana Vətən Partiyası"nın partiyaya məxsus Mətbuat Xidməti səhifəsi OĞURLANDI ( 22785439)
-
bakivaxti.azDünənki qalmaqal fonunda AVP-dən - AÇIQLAMA ( 22785199)