AZ

“Sepah” generalı: “Rusiya İran raketlərinə ehtiyaclıdır”

“Bizim raket və dron texnologiyamız Rusiyanı qabaqlayır”.

Bunu İran İnqilab Keşikçiləri Korpusunun keçmiş komandanı Əziz Cəfəri deyib.

“Biz heç bir şəkildə hərbi imkanlarımızda ruslara güvənməmişik. O zaman, inqilabın ilk onilliyində liviyalılar və Şimali Koreya bizə kömək etdi. Onlardan bəzi şeylər haqqında texnoloji məlumat istədik və ya onların raketlərini yenidən dizayn etməyə icazə aldıq”, – deyə “Sepah” generalı vurğulayıb.

O əlavə edib: “Ruslar o zaman kömək etmədilər, əksinə indi onlara raketlərimiz və dronlarımız lazımdır. Onların raketlərində dəqiqlik ehtimalı azdır”.

Yenisabah.az

Seçilən
2
1
editor.az

2Mənbələr