AZ

Putin elan etmişdi, detallar üzə çıxır Kremlin mümkün ssenarisi

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Rusiya öz ərazisinə potensial “Tomaqavk” raket zərbələrinə tamamilə yeni silahla cavab verəcək”.

Globalinfo.az xəbər verir ki, bunu hərbi ekspert Yuri Knutov deyib.

“Biz hələ bilmədiyimiz müxtəlif sistemlər hazırlayır və təkmilləşdiririk. Belə bir vəziyyətdə istifadə ediləcək silahlar nüvə silahı qədər güclü və dağıdıcı ola bilər”, – o bildirib.

Bundan əvvəl NATO-nun baş katibi Mark Rutte bəyan etmişdi ki, Ukraynaya “Tomaqavk” raketlərinin verilməsi ilə bağlı qərarları yalnız ABŞ verə bilər və NATO-nun belə səlahiyyəti yoxdur.

Qeyd edək ki, oktyabrın 23-də Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Ukrayna bu cür silahlara malik Avropa ölkələrindən “Tomaqavk” raketlərini almağa çalışır.

Həmin gün Rusiya prezidenti Vladimir Putin Amerikanın “Tomaqavk” raketlərinin Rusiyaya qarşı mümkün istifadəsinə cavab olaraq Kiyevə “heyrətləndirici” cavab vəd edib.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
57
globalinfo.az

1Mənbələr