AZ

İrlandiyanın yeni Prezidenti o oldu


Müstəqil solçu namizəd Ketrin Konnolli İrlandiyada keçirilən prezident seçkilərində qələbə qazanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Guardian”  qəzeti məlumat yayıb.
Məlumata görə, səslərin hesablanması başa çatdıqdan sonra Konolli 63,4% səs toplayıb.
Onun “Fayn Gel” partiyasından rəqibi, keçmiş nazir 62 yaşlı Hizer Hamfris səslərin 29,5%-ni əldə edib.
Seçicilərin 7,2%-i isə oktyabrın əvvəlində yarışdan geri çəkilən, ancaq adı seçki bülletendə qalan “Fianna Fayl” partiyasından 54 yaşlı Cim Qevinə səs verib.
Seçkilərdə seçici fəallığı 45,8% təşkil edib. Korlanmış bülletenlərin sayı təxminən 13% olub.
Seçilən
43
yeniavaz.com

1Mənbələr