AZ

“Qəbələ” “Neftçi”yə, “Qarabağ” “Şamaxı”ya qarşı

Bu gün Misli Premyer Liqasında 9-cu tura yekun vurulacaq. 

"Cebheinfo.az" xəbər verir ki, son oyun günündə iki matç keçiriləcək. 

Əvvəlcə “Qəbələ” öz meydanında “Neftçi”ni sınağa çəkəcək. Hazırda bu komandalar turnir cədvəlində qonşudurlar. Paytaxt təmsilçisi 9 xalla 9-cu, əyalət klubu isə 5 xalla 10-cudur.

Turun son qarşılaşmasında “Qarabağ” “Şamaxı”nı sınağa çəkəcək. Hazırda ikinci pilləyə qərarlaşan Ağdam klubu bu matçda qələbə qazansa, yenidən vahid lider olacaq. “Şamaxı” isə 8 oyundan sonra 9 xal toplayıb və 8-ci yerdədir.  

"Cebheinfo.az" 

Seçilən
9
6
cebheinfo.az

7Mənbələr