Yazını böyüt
Yazını kiçilt
Niderland Krallığının Azərbaycandakı səfiri xanım Mariann de Yonq BMT Qadınlar Təşkilatının Gürcüstandakı nümayəndəsi və Cənubi Qafqaz üzrə əlaqələndiricisi Kaori İşikava ilə görüşüb.
Hafta.az-ın yazdığına görə, görüş zamanı qadınların hüquqlarının qorunması, onların səlahiyyətləndirilməsi və inklüzivliyin təşviqi istiqamətində birgə səylər müzakirə olunub.
“Niderland qadın və qızların hüquq və imkanlarının genişləndirilməsinə sadiq tərəfdaş olaraq qalır, hər bir səsin eşidilməsi və hər bir potensialın reallaşması üçün çalışır”, - səfirliyin sosial səhifəsində paylaşılan məlumatda qeyd edilir.