BAKI, 26 oktyabr. TELEQRAF
Ermənistanın baş naziri Nikol Paşinyan müdafiə naziri Suren Papikyanın müşayiəti ilə Hovhannavank monastır kompleksinə gedib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Səfərin məqsədi barədə rəsmi məlumat verilməyib, lakin baş nazirin bölgədə keçirilən tədbirdə iştirak etdiyi bildirilir.
Qeyd edək ki, son günlər Hovhannavank monastırında gərginlik artıb. Monastırın arxiyepiskopu olan Aram Asatryan (indiki adı ilə Stepan Asatryan) kilsə tərəfindən vəzifəsindən azad edildikdən sonra yenə monastırda “İlahi Liturgiya” keçirməyi planlaşdırıb. Kilsə onu qanuni icazə olmadan kilsə rituallarını həyata keçirməkdə günahlandırır və bu işə dövlət qüvvələrinin də müdaxilə etdiyini bildirir.
Paşinyan monastırda keçiriləcək liturgiyada iştirak etməklə kilsə–dövlət münasibətlərində mövqeyini nümayiş etdirmək istəyir.