AZ

Putin Gerasimova xüsusi tapşırıq verdi: Xahiş edirəm...

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Rusiya Prezidenti Vladimir Putin Ukrayna hərbçilərinin təslim olması üçün bütün tədbirlərin görülməsini tapşırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, Rusiya qoşun qruplarının komandirləri ilə görüşü zamanı bildirib.

“Lazımsız itkiləri minimuma endirmək üçün sizdən xahiş edirəm. Əvvəllər etdiyimiz kimi, Ukrayna hərbçilərinin – təbii ki, bunu etmək istəyənlərin təslim olmasını təmin etmək üçün bütün kompleks tədbirləri həyata keçirin”, – Putin qeyd edib.

O, həmçinin Rusiya hərbçilərinə məhbuslarla rəftarda beynəlxalq humanitar standartlara əməl etməyi və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməyi tapşırıb.

Qeyd edək ki, oktybarın 26-da V.Putin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və Şimal Hərbi Dairəsində döyüş əməliyyatlarında iştirak edən qoşun qruplarının komandirləri ilə görüş keçirib.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
75
50
globalinfo.az

10Mənbələr