Diasporla İş üzrə Dövlət Komitəsindən Demokrat.az-a verilən məlumata görə, Milandakı “Aida” və “Orizon” Rəqs Akademiyasının və Milan Konservatoriyasının professoru Mais Nuriyev komitə ilə sıx əməkdaşlıq edərək, İtaliyada yaşayan azərbaycanlıların bir araya gəlməsi, Azərbaycanın mədəniyyətinin Avropada təbliği istiqamətində mühüm işlər görüb.
Soydaşımız uzun illər Azərbaycan xalq rəqslərini dünya səhnələrinə daşıyıb, peşəkar fəaliyyəti ilə zəngin mədəni irsimizi, tariximizi, milli dəyərlərimizi İtaliyada və başqa ölkələrdə layiqincə tanıdıb, mədəni diplomatiyaya böyük töhfələr verib. Onun yorulmaz tədris fəaliyyəti sayəsində xeyli gənc xoreoqraf yetişərək ölkəmizin mədəni irisini beynəlxalq aləmdə daha geniş auditoriyaya çatdırıb.
Xoreoqraf öz fəaliyyəti ilə İtaliya ictimaiyyəti arasında nüfuza malik olub, iki ölkə arasında mədəni körpünün daha da möhkəmlənməsində ciddi rol oynayıb, ölkəmizə dostlar qazandırıb.
10Mənbələr
-
tehsil.bizİtaliyanın məşhur azərbaycanlı xoreoqrafı Mais Nuriyev vəfat edib ( 22796635)
-
sherg.azİtaliyanın məşhur azərbaycanlı xoreoqrafı Mais Nuriyev vəfat edib ( 22789867)
-
leqal.infoİtaliyanın məşhur azərbaycanlı xoreoqrafı Mais Nuriyev vəfat edib ( 22789846)
-
hafta.azMais Nuriyev vəfat edib ( 22789711)
-
icma.azİtaliyanın məşhur azərbaycanlı xoreoqrafı Mais Nuriyev vəfat edib FOTO ( 22789243)
-
bakuinfo.netAzərbaycanın Əməkdar artisti DÜNYASINI DƏYİŞDİ - FOTO ( 22789045)
-
far.azİtaliyanın məşhur azərbaycanlı xoreoqrafı VƏFAT EDİB ( 22788703)
-
demokrat.azİtaliyanın məşhur azərbaycanlı xoreoqrafı vəfat etdi ( 22788661)
-
busaat.azMəşhur azərbaycanlı xoreoqraf vəfat etdi ( 22788556)
-
cebheinfo.azİtaliyanın məşhur azərbaycanlı xoreoqrafı vəfat etdi ( 22788520)