AZ

Rusiyanın bu bölgəsində aviasiya təhlükəsi elan edilib

Moskva vaxtı ilə saat 11:17-də Kursk vilayətində aviasiya ilə bağlı fövqəladə vəziyyət elan edilib.

NOCOMMENT.az bildirir ki, müvafiq mesaj regional əməliyyat qrupunun Telegram kanalında dərc olunub.

“Aviasiya təhlükəsi. Ayıq olun! Mümkün hücumu dəf etmək üçün qüvvələr və resurslar hazır vəziyyətə gətirilib”, – məlumatda deyilir.

Bundan əvvəl daha bir sərhəd bölgəsinin Ukrayna ordusu tərəfindən güclü atəşə tutulduğu bildirilirdi. Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, Ukrayna Silahlı Qüvvələri son 24 saat ərzində Belqorod və Belqorod rayonu istiqamətində təxminən 40 pilotsuz uçuş aparatı atıb.

Seçilən
96
nocomment.az

1Mənbələr