AZ

ABŞ universitetində atışma – ölən və yaralananlar var

Pensilvaniya Universitetində silahlı insident baş verib.

NOCOMMENT.az xəbər verir ki, CNN-in məlumatına görə, hadisə zamanı bir nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

Polis hadisə yerində əlində tapança olan bir şəxsi saxlayıb. Onun motivləri hələlik məlum deyil.

“New York Post” yazır ki, atəş tələbə görüşü zamanı açılıb. Hadisə yerində panika yaranıb, izdiham nəticəsində bir neçə nəfər də xəsarət alıb.

Hazırda hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırır. ABŞ-da universitetlərdə baş verən bu kimi silahlı hücumlar ictimai təhlükəsizliyin ciddi müzakirə mövzusuna çevrilib.

Seçilən
26
1
nocomment.az

2Mənbələr