ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
UFC-nin (Absolyut Döyüş Çempionatı) rusiyalı döyüşçüsü Həbib Nurməhəmmədovun reklam etdiyi tokenin ucuzlaşması səbəbindən onun azarkeşləri pul itiriblər.Bizim.Media xəbər verir ki, bu barədə “Mash na sporte” nəşri yazıb.Token cəmi iki ay ərzində dörd dəfə ucuzlaşıb.
Ən çox vəsait yatıran investorlar üçün müxtəlif bonuslar vəd olunmuşdu. Məsələn, noyabrda Həbiblə birgə nahar etmək imkanı və ya Eagle FC Liqasında pay sahibi olma.
Tokenin yaradıcıları isə bildiriblər ki, istənilən şəraitdə layihə heç bir zərərə və ya maliyyə itkilərinə görə məsuliyyət daşımır.Bizim.Media
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.