Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev Çinin Çuntsin şəhərində keçirilən “Cup of China” Qran-prisinə qatılıb.
Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Qış İdmanı Növləri Federasiyasının mətbuat xidməti yayıb.
Litvintsev qısa və sərbəst proqram üzrə yarışlarda 12 idmançı arasında 6-cı yeri tutub. O, 222.64 xal toplayıb.