İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən nişan mərasiminin qarşısı alınıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, oktyabrın 25-də İmişli rayonunun Yalavac kəndində 22 yaşlı şəxslə 16 yaşlı qızın planlaşdırılan nişan mərasimi barədə polisə məlumat daxil olub:
"Keçirilən tədbirlərlə nişan mərasiminin qarşısı alınıb, tərəflərin valideynləri polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah olunub".