AZ

Qazaxıstan şəhərlərindən birində bayram atəşfəşanlığından sonra yanğın baş verib

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Astana, 26 oktyabr, AZƏRTAC

Respublika Gününə həsr olunmuş bayram konserti başa çatdıqdan sonra Qazaxıstanın Şımkent şəhərində yanğın baş verib.

AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, yanğının görüntüləri sosial şəbəkələrdə şahidlər tərəfindən yayılıb.

Yanğının söndürülməsinə 18 əməkdaş və 4 ədəd yanğın-xilasetmə texnikası cəlb edilib.

Xilasedicilərin məlumatına görə, Karatau rayonunun Nursat mikrorayonunda Nazarbayev küçəsi boyunca açıq ərazidə quru ot alovlanıb. Yanğının sahəsi təxminən 250 kvadratmetr təşkil edib.

“Yanğın dəstələri hadisə yerinə ən qısa müddətdə çatıblar. Yanğın saat 23:44-də lokallaşdırılıb və saat 23:50-də tamamilə söndürülüb”, - deyə Şımkent Fövqəladə Hallar Departamentindən bildirilib.

Hadisə nəticəsində zərərçəkən olmayıb.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
46
3
azertag.az

4Mənbələr