Türkiyənin Qars vilayətinin Akyaka rayonunun İncedere kəndinin sakinləri Ermənistanla sərhəddə Türkiyə bayrağını sancaraq 20 illik arzularını gerçəkləşdiriblər.
Publika.az bu barədə İHA agentliyinə istinadən xəbər verir.
Bildirilir ki, Türkiyə bayrağı Ermənistanla sərhəddə yerləşən və yüksəkliyi 2 500 metrə çatan Karakuzu dağında ucaldılıb.
Qeyd edilir ki, bayraq dirəyinin hündürlüyü 15 metr, bayrağın özü isə 6 metr təşkil edir.