AZ

Tbilisidə aksiyalar zamanı 60 nəfər saxlanılıb

ain.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən etiraz aksiyaları zamanı son üç gündə 60 nəfər polis tərəfindən saxlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, saxlanılan şəxslər yığıncaqlar və nümayişlərin keçirilməsi qaydalarını pozublar. Patrul polisi dəfələrlə aksiya iştirakçılarını qanunsuz hərəkətlərə son qoymağa çağırsa da, bəzi etirazçılar yolları bağlayaraq nəqliyyatın hərəkətinə mane olublar.

Qanun pozuntularının qarşısını almaq məqsədilə hüquq-mühafizə orqanları əlavə tədbirlər görüb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
60
2
baku.ws

3Mənbələr