Yəni, siz "canlanmaq" üçün sistem vurdurarkən, bədəninizə birbaşa plastik "kokteyli" yeridirsiniz. Sadəcə halsızlıq hiss etdiyiniz üçün bu prosesi vərdişə çevirmək, bədəni bərpa etmək deyil, onu yavaş-yavaş zəhərləmək deməkdir.
Biologist-nutritionist Hicran Rafael Bizim.Media-ya açıqlamasında bildirib ki, sistem vurulduqda plastiklər birbaşa qan dövranınıza keçir.
"Sadəcə halsız hiss etdiyiniz üçün "vitamin sistemləri" etdirmək dəb halını alıb. Bağırsaq və qaraciyər bədəni qoruyan əsas filtrlərdir, amma sistemlə vurulan hər şey bu filtrləri tamamilə ötürür, birbaşa qana keçir".
Mütəxəssis qeyd edib ki, həyati vacib hal olmadıqca, bədənə belə müdaxilələrdən uzaq durmaq ən sağlam seçimdir:
"Əksər hallarda insanlar qeyri-sağlam həyat tərzi vərdişləri ilə yaşayıb, sonra da "asan" yolla vitamin sistemləri ilə təmizlənəcəklərini düşünürlər. Bədənə planlı istirahət, yetərli su və düzgün qidalanma vermək kifayətdir; bunlar təkcə bədəni gücləndirmir, həm də əksinə toksinlərin təbii şəkildə təmizlənməsini təmin edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31