AZ

“Nurməhəmmədov əla çıxış etdi, amma..."

Ultimate Fighting Championship (UFC) prezidenti Dana Uayt keçmiş titul iddiaçısı, rusiyalı döyüşçü Umar Nurməhəmmədovun UFC 321 turnirində amerikalı Mario Bautistaya qalib gəlməsindən danışıb.

90deqiqe.Az-ın məlumatına görə, funksioner bu barədə jurnalistlərə açıqlamasında deyib:

“Düşünürəm ki, bu qarşılaşmaya start verəndə hamımız onun uğurlu çıxış edəcəyini gözləyirdik. O, ciddi şəkildə motivasiyalı idi, çox istedadlı idmançıdır. Rinqdə yaxşı performans göstərdi, əla iş gördü. Amma o, öz komandasının digər döyüşçülər kimi tam dominant çıxış göstərə bilmədi”

Qeyd edək ki, 29 yaşlı Umar Nurməhəmmədovun peşəkar karyerasında 19 qələbə və 1 məğlubiyyət var. O, 2016-cı ilin dekabrından peşəkar səviyyədə çıxış edir. “Gənc qartal” ləqəbli döyüşçü UFC Əfsanələr Zalının üzvü və məşhur idmançı Həbib Nurməhəmmədovun əmisi oğludur.

Seçilən
48
90deqiqe.az

1Mənbələr