AZ

Vətən müharibəsi şəhidi Teymur Həsənovun xatirəsi anılıb

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 26 oktyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı rəhbərliyinin, Nəsimi Rayon İcra Hakimiyyətinin və aparatın məsul əməkdaşlarının, rayon polis idarəsinin, şəhidlərin ailə üzvlərinin iştirakı ilə Vətən müharibəsi şəhidi Həsənov Teymur Mahal oğlunun şəhadət günündə əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarları üzərinə gül-çiçək dəstələri düzülüb.

AZƏRTAC xəbər verir ki, anım mərasimində şəhidin keçdiyi döyüş yolundan və qazanılan Tarixi Qələbədən danışılıb.

Bildirilib ki, vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.

Diqqətə çatdırılıb ki, müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
21
azertag.az

10Mənbələr