AZ

Futbol qalmaqalı: Kapitan meydanda öz qapıçısını təpiklədi – VİDEO

İranın Azadegan Futbol Liqasında baş verən insident sosial mediada gündəm olub.

NOCOMMENT.az xəbər verir ki, “Damaş Gilan” və “Nəssaci Mazandaran” futbol komandaları arasında keçirilən oyunda Nəssaci rəqibini 5:0 hesabı ilə məğlub edib.

Beşinci qoldan sonra Damaşın qəzəbli kapitanlarından biri dözməyərək meydana daxil olub və komandasının qapıçısını təpiklə vurub. O, əsəbi halda qışqırıb: “Qapıçı ola bilmirsənsə, meydanı tərk et — yerinə mən keçərəm!”

Hadisə stadionda çaşqınlıq yaradıb və təhlükəsizlik xidmətinin laqeydliyi sosial şəbəkələrdə geniş tənqid olunub. İstifadəçilər oyunçuların təhlükəsizliyinin təmin olunmamasını və zəif stadion nəzarətini sərt şəkildə qınayıblar.

Seçilən
21
2
nocomment.az

3Mənbələr