AZ

Rusiya ordusu Pokrovsk şəhərində yeni mövqelər tutub

BAKI, 26 oktyabr. TELEQRAF

Hazırda iki yüzə yaxın rusiyalı hərbçi Ukraynanın Pokrovsk şəhərinə daxil olub.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin zabiti Sergey Tsexotski "Kiyev24" telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, işğalçılar şəhərdə öz mövqelərini möhkəmləndirməyə çalışır:"Onlar keçidlər axtarırlar və təəssüf ki, tapırlar və şəhərə soxulurlar. Müxtəlif hesablamalara görə, hazırda Pokrovskda 200-250 işğalçı var".

Eyni zamanda o qeyd edir ki, çətin hava şəraiti və şəhərin özünün memarlığı səbəbindən hücumçuların dəqiq sayını müəyyən etmək çətindir.

Seçilən
51
2
teleqraf.com

3Mənbələr